Ana Sayfa > Manşet / Ölkə > Noyabrda 11 gün iş olmayacaq -
Noyabrda 11 gün iş olmayacaq -Bu gün, 10:01. Yazar: Subhan |
![]() Noyabr ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb. aia.az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, beşgünlük iş həftəsi ilə çalışanlar üçün noyabr ayında ümumilikdə 11 gün qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-də Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl 4 gün iş olmayacaq. İşçilər noyabrın 11-də işə çıxacaqlar. Noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün digər istirahət günləri də şənbə və bazar günlərinə təsadüf edir. Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə noyabr ayında ümumilikdə 7 gün qeyri-iş günü nəzərdə tutulub. Qeyd edək ki, noyabrın 12-də qeyd olunan Konstitusiya Günü və noyabrın 17-də qeyd olunan Milli Dirçəliş Günü iş günü hesab edilir. (Milli.Az) Geri dön |