Ana Sayfa > Dünya > Tarkan "Formula-1" üçün Bakıya gəlir

Tarkan "Formula-1" üçün Bakıya gəlir


21-04-2017, 16:21. Yazar: admin
Tarkan "Formula-1" üçün Bakıya gəlir



Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Bu barədə AzVision.az-a Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək:

“Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”.

N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq

AİA.az
Geri dön