Ana Sayfa > Dünya > Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi

Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi


Dünən, 23:38. Yazar: vasif
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi


Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) üzvü Pervin Buldan özünü buraxdığını elan edən PKK-nın lideri Abdullah Öcalanın İmralı həbsxanasında köçürüldüyü yeni məkanla bağlı açıqlama verib.

Buldan Öcalanın köçürüldüyü yeni yerin həbsxana kompleksinin daxilində yerləşdiyini və ayrıca bir məkan olmadığını bildirib.

"Bu yer həbsxananın bir hissəsidir. Həbsxanadan kənarda yerləşmir, ora həbsxananın içindən keçilir. Düşünürəm ki, bunu sadəcə iş şəraitini bir qədər yaxşılaşdıran məkan kimi təsvir etmək daha məqsədəuyğundur. Biz də ora gedəndə görüşlərimizi həmin yerdə keçiririk. Əslində, uzun müddətdir ki, Öcalan ora gəlir, bizimlə görüşür, sonra isə əvvəlki yerinə qayıdırdı. Onun artıq orada daimi qalacağı barədə isə dünən axşam Mithat Sancar məlumat verdi", - deyə Buldan qeyd edib./Oxu.az
Geri dön