Ana Sayfa > Ölkə > ABŞ kəşfiyyatı xəbərdarlıq etdi, FSB əməliyyat keçirdi -

ABŞ kəşfiyyatı xəbərdarlıq etdi, FSB əməliyyat keçirdi -


Bu gün, 19:09. Yazar: vasif
ABŞ kəşfiyyatı xəbərdarlıq etdi, FSB əməliyyat keçirdi -


ABŞ-nin Moskvada terror aktı hazırlanması ilə bağlı verdiyi məlumatın yoxlanılması zamanı yeniyetmə saxlanılıb.

“aia.az” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, şübhəli şəxsin rabitə vasitələrində hədə-qorxu məzmunlu paylaşımların edildiyi hesab aşkarlanıb.

Bundan əlavə, yeniyetmənin neonasist kanalına abunə olduğu, törədilmiş terror aktları, kütləvi qətllər və digər zorakılıq aksiyaları barədə axtarışlar etdiyi müəyyən edilib. FSB, Rusiya Qvardiyası və İstintaq Komitəsinin əməkdaşları ABŞ-dən daxil olan məlumat əsasında “Tsaritsıno” muzey-qoruğunun ərazisində birgə əməliyyat-yoxlama tədbirləri həyata keçiriblər.

“İnterfaks”ın verdiyi təfərrüata görə, saxlanılan şəxs “TikTok” sosial şəbəkəsində taktik geyimdə, balaklava, kepka, eynək, qulaqlıq və avtomat silaha bənzər əşya ilə çəkdirdiyi fotolarını paylaşıb. O, həmçinin “Tsaritsıno”da çəkilmiş kadrları “I found a place” (Yeri tapdım) başlığı ilə yerləşdirib. FSB operativ məlumata görə amerikalı tərəfdaşlara təşəkkürünü bildirib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ tərəfi tərəfdaşlıq kanalları vasitəsilə Rusiyaya Moskvada terror aktı hazırlanması barədə məlumat ötürmüş, bundan sonra FSB əməkdaşları müvafiq əməliyyat tədbirlərinə başlamışdılar.
Geri dön