Ana Sayfa > İdman > "Fənərbağça" iki ispaniyalı mütəxəssislə danışıqlara başladı
"Fənərbağça" iki ispaniyalı mütəxəssislə danışıqlara başladıBu gün, 16:30. Yazar: vasif |
![]() "Fənərbağça"nın Türkiyə Super Liqasında doğma meydanda "Göztepe"yə 1:2 hesabı ilə uduzaraq lider "Qalatasaray"dan 9 xal geridə qalması klubun baş məşqçi planlarını alt-üst edib. Klubun prezidenti Aziz Yıldırım milli fasiləyə qədər Dirq Kuytla davam etmək fikrindən vaz keçib. Rəhbərlik yeni baş məşqçini milli fasilədən əvvəl təyin etmək üçün işləri sürətləndirib. Məlumata görə, "Fənərbağça" Ernesto Valverde və Xose Luis Mendilibar ilə təmas quraraq hər iki mütəxəssisdən komandayla bağlı hesabat istəyib. Son olaraq "Atletik Bilbao"da çalışan Valverde iyun ayından bəri boşdadır. Mendilibar isə sentyabrda "Olimpiakos"dan ayrılıb. Bu namizədlərlə razılıq əldə olunmazsa, son variant kimi Aykut Kocamanın komandanın sükanı arxasına gətiriləcəyi bildirilir. (Offsideplus.az) Geri dön |