Ana Sayfa > Dünya > Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır

Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır


Bu gün, 10:00. Yazar: vasif
Rusiyadan İrəvana gözlənilməz zərbə - yeni səfiri ölkəyə buraxmır


Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi planı baş tutmayıb. İddialara görə, Rusiya hakimiyyəti İrəvanın yeni səfir postuna namizəd göstərdiyi Samvel Mkrtçyanın təyinatına razılıq verməyib. Bu vəziyyət Ermənistan-Rusiya münasibətlərində diplomatik etimad problemini yenidən gündəmə gətirib.

aia.az xəbər verir ki, Rusiya Ermənistanın Polşadakı keçmiş səfiri Samvel Mkrtçyanın Moskvaya səfir təyin olunmasına aqreman vermədiyini yazıb. Məlumatı “Armenia Today” yayıb. Nəşrin məlumatına görə, məhz Moskvanın imtinası Ermənistanın hazırkı səfiri Qurgen Arsenyanın vəzifədən geri çağırılması və onun başqa diplomatla əvəzlənməsi planını pozub.

Xatırladaq ki, bu ilin yayında Arsenyanın Moskvadan geri çağırılacağı barədə məlumatlar yayılmışdı. “Hraparak”ın yazdığına görə, diplomat avqust ayında Ermənistana qayıdaraq Rusiyadakı bəzi dairələrlə vidalaşıb. Lakin sonradan yenidən Moskvaya gedərək fəaliyyətini davam etdirib. Qəzet bundan əvvəl Rusiya tərəfinin Arsenyanın vəzifəsində saxlanılmasında maraqlı olduğunu da iddia etmişdi.
Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin olunub. O, bundan əvvəl Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasından parlament deputatı olub.Onun mümkün əvəzləyicisi Samvel Mkrtçyan isə 2004–2010-cu illərdə Ermənistanın NATO yanında nümayəndəliyinə rəhbərlik edib, 2018–2023-cü illərdə Polşada səfir vəzifəsində çalışıb. Moskvanın Mkrtçyanın namizədliyini qəbul etməməsini onun uzun illər Avropa ölkələrində, xüsusilə NATO ilə əlaqəli diplomatik fəaliyyət göstərməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, 2026-cı il mayın 7-də Rusiya Xarici İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda səsləndirdiyi fikirlərlə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanı XİN-ə çağırmışdı. Hazırda Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında Qurgen Arsenyan Moskvanın səfiri kimi göstərilir.

Qeyd edək ki, aqreman (fransızca agrément) bir dövlətin başqa dövlətə səfir təyin etmək istədiyi şəxsin namizədliyinə əvvəlcədən verdiyi rəsmi razılıqdır.Diplomatik qaydalara əsasən, bir ölkə yeni səfirini təyin etməzdən əvvəl qəbul edən dövlətə həmin şəxsin namizədliyini təqdim edir. Qarşı tərəf razılıq verərsə, aqreman alınmış sayılır. Əgər razılıq verilməzsə, həmin şəxs o ölkəyə səfir təyin edilə bilməz. Dövlət aqreman verməkdən imtina edə bilər, lakin beynəlxalq diplomatik praktikaya görə, imtinanın səbəbini açıqlamağa borclu deyil. Bu, qəbul edən dövlətin suveren hüququdur. Yəni Rusiya Samvel Mkrtçyanın namizədliyinə aqreman verməyibsə, Ermənistan onu Rusiyaya səfir göndərə bilməz.musavat
Geri dön