Ana Sayfa > Dünya > Almaniyanın 34 şəhərində gənclər küçələrə töküldü -

Almaniyanın 34 şəhərində gənclər küçələrə töküldü -


Dünən, 23:31. Yazar: vasif
Almaniyanın 34 şəhərində gənclər küçələrə töküldü -


Almaniyada “Gen Z regelt” (“Z Nəsli Həll Edir”) gənclər hərəkatının çağırışı ilə 34 şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Gənclər artan yaşayış xərclərinə, təhsil sistemindəki problemlərə və məcburi hərbi xidmətlə bağlı müzakirələrə etirazlarını bildiriblər.

“aia.az” xəbər verir ki, aksiyalar Berlin, Köln, Frankfurt, Münhen, Ştutqart və Hamburq kimi böyük şəhərləri əhatə edib.

Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində bəzi etirazçıların üzlərini qapaması və pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən polis yürüşü ləğv edib.

Ştutqartda isə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar yaşanıb, tüstü bombaları atıldığı üçün aksiya dəfələrlə dayandırılıb. Berlin, Frankfurt və Münhendə isə ümumilikdə 6 minə yaxın gənc sakit şəkildə yürüş edib.

Təşkilatçılar internet üzərindən 182 mindən çox insanın qeydiyyatdan keçdiyini bildirsələr də, küçələrə çıxanların sayı gözləniləndən xeyli aşağı olub.

“Gen Z regelt” hərəkatı gənclərin gələcəyinə təsir edən siyasi və iqtisadi qərarlarda daha çox söz sahibi olmasını tələb edir. Aksiyaçıların əsas tələbləri sırasına təhsil sisteminə ayrılan büdcənin artırılması, müəllim çatışmazlığının aradan qaldırılması, məktəblərin təmiri, artan kirayə qiymətlərinə qarşı tədbirlərin görülməsi və sosial sahədəki kəsintilərin dayandırılması daxildir.








Geri dön