Ana Sayfa > Siyasət > XİN-dən Türkiyənin BMT-nin Baş katibi vəzifəsinə namizədlik irəli sürməsinə - Münasibət
XİN-dən Türkiyənin BMT-nin Baş katibi vəzifəsinə namizədlik irəli sürməsinə - MünasibətBu gün, 17:41. Yazar: vasif |
![]() Hazırda ATƏT-in Baş katibi vəzifəsini tutan səfir Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq”. “aia.az” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlı medianın sualını cavablandırarkən bildirib. “Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq. İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq", - deyə A.Hacızadə vurğulayıb. Geri dön |