Ana Sayfa > Dünya > Kiyevin ABŞ-yə təcili çağırışı: raketlər gələcəkdə yox, İNDİ LAZIMDIR
Kiyevin ABŞ-yə təcili çağırışı: raketlər gələcəkdə yox, İNDİ LAZIMDIRBu gün, 17:11. Yazar: vasif |
![]() Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən "Patriot" HHM sistemləri üçün nəzərdə tutulan "PAC-3" raketlərinin tədarükünün yalnız bir neçə ildən sonra başlaya biləcəyini təsdiqləyib. aia.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb. Zelenski verilən qərardan təəssüfləndiyini bildirərək Vaşinqtona müraciət edib: "Beş yüz ədəd 'PAC-3' raket-tutucusu kifayət qədər ciddi göstəricidir və artıq bu qış Ukrayna üçün çox effektiv müdafiə paketi ola bilərdi. Lakin müəyyən edilib ki, tədarük prosesi yalnız bir neçə ildən sonra başlaya bilər. Biz amerikalı tərəfdaşlarımızdan məhz real təhlükənin və 'PAC-3' sistemlərinə kəskin ehtiyacın olduğu indiki məqamda operativ həll yolu tapmağı xahiş edirik". Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya aviazərbələrinin intensivləşdiyi bir vaxtda hava hücumundan müdafiə imkanlarının illərlə təxirə salınması mülki infrastrukturun və əhalinin müdafiəsində ciddi problemlər yaradır. Geri dön |