Ana Sayfa > İdman > “Qalatasaray”la yollarını ayıran İkardi səssizliyini pozdu - Hər kəsin gözlədiyi ŞOK açıqlamanı verdi

“Qalatasaray”la yollarını ayıran İkardi səssizliyini pozdu - Hər kəsin gözlədiyi ŞOK açıqlamanı verdi


Bu gün, 15:00. Yazar: vasif
“Qalatasaray”la yollarını ayıran İkardi səssizliyini pozdu - Hər kəsin gözlədiyi ŞOK açıqlamanı verdi


“Qalatasaray”la müqaviləsi başa çatan Mauro İkardi gələcək planları barədə danışıb.

aia.az bildirir ki, “La Repubblica” nəşrinə müsahibə verən hücumçu klubsuz qaldığı müddətin onun üçün də gözlənilməz olduğunu etiraf edib.

“Bu qədər uzun müddət klubsuz qalacağımı mən də gözləmirdim. Lakin sadəcə hansısa komandada oynamaq üçün tələsik qərar vermək istəmədim. Müxtəlif təkliflər aldım, amma məni tamamilə inandırmayan layihələri qəbul etməkdənsə, doğru zamanı gözləməyi üstün tutdum”, - deyə İkardi qeyd edib.

Argentinalı futbolçu sabiq komandası “İnter”ə mümkün qayıdışı ilə bağlı suala da münasibət bildirib. Mauro İkardi Milan klubunda keçirdiyi illərin karyerasında xüsusi yer tutduğunu vurğulayaraq bu komandaya dönməyin onun üçün xüsusi məna daşıyacağını söyləyib.

““İnter”ə qayıtmaq mənim üçün xüsusi olardı. Orada həyatımın və karyeramın mühüm illərini keçirmişəm, komandanın kapitanı olmuşam. Həmin klub karyeramın vacib bir hissəsinə çevrilib. Ayrılığım ağrılı oldu və oradakı hekayəmi fərqli şəkildə başa çatdırmaq istərdim. Amma geri dönüş yalnız qarşılıqlı inam və ortaq məqsədlər olduqda məna kəsb edə bilər. Hələ də komandaya verə biləcəyim çox şey var. Hər hansı kluba qoşulanda məqsədim həmin komandaya fayda vermək və qələbələr qazanmaqdır”, - deyə hücumçu qeyd edib.

İkardi karyerasını məhz İtaliya A Seriyasında davam etdirmək istəyini də gizlətməyib. O, İtaliyaya həm şəxsi həyatı, həm də futbolçu karyerası baxımından bağlı olduğunu bildirib:

“İtaliya üçün çox darıxıram. Bir insan və futbolçu kimi inkişaf etdiyim yer məhz oradır. Məni həyəcanlandıran və gələcəyə dair güclü baxış təqdim edən bir layihə olarsa, İtaliyaya qayıtmaq istərdim”.
Geri dön