Ana Sayfa > Dünya > Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu

Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu


Dünən, 22:35. Yazar: vasif
Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu


Atlantada keçirilən G20 Xarici İşlər Nazirlərinin toplantısında ənənəvi kollektiv foto çəkilməyib.

“aia.az” Associated Press-ə istinadən xəbər verir ki, çəkiliş bəzi avropalı diplomatların Rusiyanın xarici işlər naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməməsi səbəbindən ləğv edilib.

Almaniyanın xarici işlər naziri Yohan David Vadeful da Rusiya ilə münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib.
Geri dön