Ana Sayfa > Siyasət > SON DƏQİQƏ! Prezident onu nazir müavini TƏYİN ETDİ -
SON DƏQİQƏ! Prezident onu nazir müavini TƏYİN ETDİ -Bu gün, 20:09. Yazar: vasif |
![]() Azərbaycan maliyyə nazirinə yeni müavin təyin olunub. aia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Yeni maliyyə nazirinin müavini Sadiq Əliyevdir. Bununla maliyyə nazirinin müavinin sayı 4-ə çatıb. Qeyd edək ki, o, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib. 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 8 yanvar 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il tarixinədək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Geri dön |