Ana Sayfa > Ölkə > Tovuz rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsində qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib

Tovuz rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsində qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib


Bu gün, 16:53. Yazar: azer
Tovuz rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsində qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon Mərkəzi Xəstəxana PHŞ-in direktorunun terapevtik xidmətlər üzrə müavini Elnur Əliyev və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elnur Əliyev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf istiqamətlərini və qarşıda duran mühüm vəzifələri müəyyənləşdirir.
O qeyd edib ki, dövlət başçısının nitqində Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər, dövlət müstəqilliyinin və suverenliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi kimi mühüm məsələlər öz əksini tapıb. Vurğulanıb ki, qurultayda müəyyənləşdirilən hədəflər səhiyyə işçilərinin də üzərinə mühüm məsuliyyət qoyur. Vətəndaşların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi bu istiqamətdə əsas vəzifələrdəndir.
Sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov VIII Qurultayın siyasi və tarixi əhəmiyyətindən bəhs edərək Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsində partiya təşkilatlarının rolunu və məsuliyyətini diqqətə çatdırıb.
Nihad Pənahov çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artdığını vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Böyük Qayıdış prosesi, əhalinin sosial rifahının yüksəldilməsi və səhiyyə işçilərinin əməkhaqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Həmçinin ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhid ailələri və qazilərə diqqətin artırılmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Tovuz rayon Mərkəzi Xəstəxana PHŞ-in İlkin səhiyyə xidmətləri üzrə direktor müavini Kəmalə Abbasova və Uşaq şöbəsinin müdiri Aybəniz Dəmirova Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi çağırışların səhiyyə sahəsi üçün də mühüm əhəmiyyət daşıdığını bildiriblər. Onlar vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və dövlətçilik prinsiplərinə sədaqətin səhiyyə işçilərinin fəaliyyətində əsas istiqamətlər olduğunu vurğulayıblar.
Sonda səhiyyə əməkdaşları Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi hədəflərin reallaşdırılmasına, milli həmrəyliyin daha da möhkəmləndirilməsinə və ölkəmizin davamlı inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Geri dön