Ana Sayfa > Təhsil > Aqrar Universitetində

Aqrar Universitetində


Bu gün, 16:50. Yazar: Subhan
Aqrar Universitetində

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müxtəlif fakültələrdə çalışan əllidən artıq müəllimin əmək müqaviləsinə xitam verilib.

aia.az Teleqraf-a istinadla xəbər verir ki, adıçəkilən təhsil müəssisəsində dövlət qurumları tərəfindən aparılan yoxlamalar zamanı müəllim sayının dərs yükünə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən ADAU-da tam ştat vahidində deyil, müqavilə əsasında müxtəlif fakültələrdə işləyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinə ünvanlanan sorğu cavabsız qalıb.

aia.az
Geri dön