Ana Sayfa > Parlament > Milli Məclisdə "Virtual aktivlər haqqında" qanun layihəsi müzakirə olunacaq
Milli Məclisdə "Virtual aktivlər haqqında" qanun layihəsi müzakirə olunacaqBu gün, 16:37. Yazar: Subhan |
![]() "Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin növbəti görüşündə qaldırdığım əsas məsələlər stablecoin və “Virtual aktivlər haqqında” qanun layihəsi ilə bağlı oldu". aia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, sədr stablecoin və rəqəmsal manat üzrə araşdırmaların, təcrübələrin öyrənilməsinin davam etdiyini bildirib: "Müzakirədən qənaətim budur ki, konkret model hələ tam formalaşmayıb. Taleh müəllimin toxunduğu yanaşmalardan biri də aktivlərin tokenləşdirilməsi idii. Belə anladım ki, Mərkəzi Bank yalnız “1 manat = 1 stablecoin” modeli nəzərdə tutmur. Bu prosesin birbaşa Mərkəzi Bankın nəzarəti altında, həmçinin sandbox- xüsusi tənzimləmə rejimi çərçivəsində özəl iştirakçıların təkliflərinə də baxılması nəzərdə tutulur. Stablecoin mövzusunda bu yaxınlarda ayrıca müzakirənin keçirilməsi də gözlənilir. Uzun müddətdir hazırlanan "Virtual aktivlər haqqında" qanun layihəsinin isə bu ilin dekabrında Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir. Ümid edirəm ki, bu dəfə proses uzanmayacaq və sektor üçün aydın hüquqi çərçivə yaranacaq. Taleh müəllim bank sektorunda rəqəmsallaşma çərçivəsində bankların dövlət məlumatlarına çıxışı məsələsinin daha prioritet olduğunu da vurğuladı. Belə anladım ki, mövcud çıxış şərtləri, xüsusilə məlumat sorğularına görə bankların çəkdiyi xərclər Mərkəzi Bankı qane etmir. Yeri gəlmişkən, bu barədə mənim də əvvəllər myGov rəsmiləri ilə bir neçə dəfə söhbətim olub. Həmin söhbətlərdən anladığım budur ki, müvafiq xərclər hələlik dövlət maliyyələşməsi ilə qarşılanmadığından məlumat sorğularına görə banklardan ödəniş alınır. Məsələn, vətəndaş bank hesabını pulsuz açsa da, bank onun məlumatlarını dövlət sistemindən sorğulayarkən ödəniş edir. Çoxsaylı sorğular yekunda banklar üçün ciddi xərc yaradır. Əlbəttə şübhəsiz ki, bu xərclər də sonradan müxtəlif xidmət haqları vasitəsilə elə bizdən tutulur. Əslində isə dövlət məlumatlarına çıxış rəqəmsal xidmətləri asanlaşdırmalı olduğu halda, əlavə xərc mənbəyinə çevrilməməlidir". aia.az Geri dön |