Ana Sayfa > Ölkə > Qarabağ Milli Parkının sahəsi 88 min 400 hektar olacaq
Qarabağ Milli Parkının sahəsi 88 min 400 hektar olacaqBu gün, 16:05. Yazar: Subhan |
![]() Qarabağ Milli Parkının sahəsi 88 min 400 hektar olacaq və beş rayonu əhatə edəcək. aia.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin ərazilərdə məhv edilmiş meşə massivlərinin bərpası istiqamətində zəruri işlər həyata keçirilir: "Bu ərazilərdə 54 min hektardan çox tamamilə məhv edilmiş meşə ərazisi mövcuddur. Həmin ərazilərin bərpası ilə bağlı işlərə başlamışıq və 600 hektar ərazidə meşə bərpa layihələrini həyata keçirmişik. Bu işlərin sürətləndirilməsi üçün Cəbrayıl rayonu ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib və artıq istismara verilmə ərəfəsindədir. Həmin mərkəzin illik istehsal gücü 2 milyon ting olacaq". O qeyd edib ki, prezidentin sərəncamı ilə oktyabrın 20-də Qarabağ Milli Parkı yaradılıb və onun fəaliyyətinin qurulması ilə bağlı işlərə başlanılıb. "Bundan əvvəl bölgədə iki dövlət təbiət qoruğu - Qaragöl və Bəsitçay, həmçinin dörd yasaqlıq – Arazboyu, Daşaltı, Qubadlı və Laçın yasaqlıqları vardı. Yeni parkın sahəsi 88 min 400 hektara yaxın olacaq və Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa rayonlarının ərazisini əhatə edəcək". (Report) aia.az Geri dön |