Ana Sayfa > Parlament > Kamran Bayramov QDİƏT PA-nın komitə iclasında iştirak edəcək
Kamran Bayramov QDİƏT PA-nın komitə iclasında iştirak edəcəkBu gün, 15:27. Yazar: azer |
![]() Milli Məclisin deputatı Kamran Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak etmək üçün noyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Komitənin iclasında “Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda innovasiyalara parlament dəstəyi: elm və texnologiyanın inkişafına qanunvericilik yanaşmaları” mövzusunda sənəd müzakirə olunacaq. Səfər noyabrın 4-də başa çatacaq. Geri dön |