Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib


Bu gün, 12:10. Yazar: Subhan
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.

Bu barədə aia.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

aia.az
Geri dön