Ana Sayfa > Karusel / Gündəm > Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcək
Bakı-Xankəndi qatarı 2027-də istifadəyə veriləcəkBu gün, 11:57. Yazar: Subhan |
![]() 2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur. aia.az Modern.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətlərdən biri Bakı-Xankəndi dəmir yolu marşrutudur. Həmin marşrutun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. B.Hacıyev qeyd edib ki, növbəti mərhələdə Bakı-Yalama, Bakı-Mincivan və Bakı-Astara dəmir yolu xətlərinin bərpası nəzərdə tutulur. ADY rəsmisi bildirib ki, qeyd olunan dörd istiqamət üzrə işlərin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır. aia.az Geri dön |