Ana Sayfa > İdman > “Qalatasaray” – “Fənərbağça” derbisindəki davaya görə cəzalar

“Qalatasaray” – “Fənərbağça” derbisindəki davaya görə cəzalar


Bu gün, 11:38. Yazar: Subhan
“Qalatasaray” – “Fənərbağça” derbisindəki davaya görə cəzalar

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularına cəza verib.

aia.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, cəzalar komandalar arasında Türkiyə Superliqasında keçirilmiş oyunda baş verən insidentlə əlaqədardır. Buna futbolçuların qarşılaşma zamanı bir-biri ilə dava etməsi səbəb olub. Belə ki, “Fənərbağça”nın futbolçusu Arçi Braun 3, “Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı isə 2 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

aia.az
Geri dön