Ana Sayfa > Parlament / Manşet > Zabitlərin hərbi rütbə müddəti dəyişir

Zabitlərin hərbi rütbə müddəti dəyişir


Bu gün, 11:10. Yazar: Subhan
Zabitlərin hərbi rütbə müddəti dəyişir

“Hərbi qulluqçuların hərbi rütbədə olma müddətinin hesablanması qaydaları dəyişdirilir, zabitlərin magistratura, rezidentura və doktorantura təhsili, eləcə də elmi fəaliyyəti nəzərə alınır”.

aia.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, həmçinin zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb.

Onun sözlərinə görə, layihə ilə hərbi rütbədə olma müddətinin hesablanması qaydaları yenilənir. Eyni zamanda, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddətinə dair yeni tənzimləmə müəyyən edilir.

Arzu Nağıyev layihənin müvafiq dövlət qurumlarının rəhbərləri ilə razılaşdırıldığını, müzakirələr zamanı deputatların irəli sürdüyü fikirlərin nəzərə alındığını bildirib.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda əsas kimi qəbul edilib.

aia.az
Geri dön