Ana Sayfa > Özəl > Sürücülərə yeni qadağa gəlir? – 3 ildən az təcrübəsi olanlara məhdudiyyət təklif edildi

Sürücülərə yeni qadağa gəlir? – 3 ildən az təcrübəsi olanlara məhdudiyyət təklif edildi


Dünən, 22:15. Yazar: vasif
Sürücülərə yeni qadağa gəlir? – 3 ildən az təcrübəsi olanlara məhdudiyyət təklif edildi



Rusiyada sürücülük təcrübəsi üç ildən az olan şəxslərin güclü mühərrikli avtomobilləri idarə etməsinə məhdudiyyət qoyulması gündəmə gəlib.

Rusiya Milli Avtomobil İttifaqı bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinə rəsmi təklif təqdim edib.

Təşəbbüsə əsasən, üç ildən az sürücülük təcrübəsi olan şəxslərin 150 at qüvvəsindən güclü mühərrikə malik avtomobilləri idarə etməsi qadağan oluna bilər.

Təklifdə yeni qaydanı pozan sürücülərin 5 min rubldan 15 min rubla qədər cərimələnməsi də nəzərdə tutulur.

İttifaqın məlumatına görə, Rusiyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən üçdə biri təcrübəsiz sürücülərlə əlaqələndirilir.

Qurumun nümayəndələri hesab edirlər ki, yeni sürücülər yüksək sürətin yaratdığı təhlükələri hər zaman düzgün qiymətləndirə bilmirlər. Bəzi sürücülərin təhlükəli manevrlər edərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşması da narahatlıq doğuran hallar sırasında göstərilir.

Qeyd edək ki, sözügedən məhdudiyyət hələlik yalnız təklifdir. Onun qüvvəyə minməsi barədə rəsmi qərar açıqlanmayıb.
Geri dön