Ana Sayfa > Özəl > “Google”a 477 milyard dollarlıq zərbə –

“Google”a 477 milyard dollarlıq zərbə –


Bu gün, 21:14. Yazar: vasif
“Google”a 477 milyard dollarlıq zərbə –




ABŞ-nin texnologiya nəhəngi “Google”un ana şirkəti “Alphabet” fond bazarında ciddi dəyər itkisi ilə üzləşib.

“Nasdaq” birjasının məlumatlarına görə, şirkətin bazar kapitallaşması bir gün ərzində 477 milyard dollar azalaraq 3,936 trilyon dollardan 3,459 trilyon dollara düşüb. Bu, “Alphabet”in tarixində ən böyük gündəlik dəyər itkisi kimi təqdim olunur.

Bakı vaxtı ilə saat 20:30-a olan göstəricilərə əsasən, şirkətin səhmləri 12,07 faiz ucuzlaşaraq 283,04 dollara enib.

Kəskin ucuzlaşma “Google”un 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamasından sonra baş verib. Şirkətin rüblük gəliri 111,2 milyard dollar təşkil etsə də, bu rəqəm analitiklərin gözləntilərindən aşağı olub.

“YouTube” platformasının reklam gəlirləri də proqnozları doğrultmayaraq 11,2 milyard dollar səviyyəsində qeydə alınıb.

“Bloomberg”in məlumatına görə, “Google”un baş kommersiya direktoru Filipp Şindler süni intellekt əsaslı “AI Mode” rejiminin artan populyarlığının şirkətin maliyyə göstəricilərinə mənfi təsir etdiyini bildirib.

Beləliklə, maliyyə hesabatından sonra investorların reaksiyası “Alphabet”in bazar dəyərində rekord azalmaya səbəb olub. Qeyd edək ki, 477 milyard dollarlıq göstərici şirkətin birbaşa pul itkisini deyil, səhmlərinin ucuzlaşması nəticəsində bazar dəyərinin azalmasını ifadə edir.
Geri dön