Ana Sayfa > Ölkə > Zelenskidən təcili xəbərdarlıq: “Rusiya yeni ballistik hücumlara hazırlaşır”

Zelenskidən təcili xəbərdarlıq: “Rusiya yeni ballistik hücumlara hazırlaşır”


Bu gün, 19:00. Yazar: vasif
Zelenskidən təcili xəbərdarlıq: “Rusiya yeni ballistik hücumlara hazırlaşır”


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni ballistik raket zərbələri hazırladığını açıqlayıb.

Zelenski axşam müraciətində bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın növbəti raket hücumlarına hazırlaşması barədə məlumat əldə edib.

“Hazırda kəşfiyyatdan Rusiyanın yeni ballistik zərbələrə hazırlaşdığı barədə məlumat var. Bütün bunların qarşısını almaq üçün əlavə imkanlara ehtiyacımız var”, – deyə Ukrayna lideri vurğulayıb.

Prezidentin sözlərinə görə, mövcud hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və Qərb tərəfdaşlarının yeni hərbi yardım paketlərini sürətləndirməsi vacibdir.

Zelenski Rusiyaya qarşı tətbiq olunan sanksiyaların da kifayət etmədiyini bildirib. O hesab edir ki, yeni məhdudiyyətlərin gecikməsi Moskvaya raket istehsalı üçün zəruri komponentlərin tədarük yollarını genişləndirmək imkanı yaradır.

Ukrayna lideri ölkəsinin cavab olaraq uzaqmənzilli zərbələri genişləndirməyə davam edəcəyini də bəyan edib.

Zelenskinin açıqlamasında mümkün hücumların konkret vaxtı və hədəfləri barədə məlumat verilməyib.
Geri dön