Ana Sayfa > Özəl > Fransadan Viktor Orbana sərt etiraz –
Fransadan Viktor Orbana sərt etiraz –Bu gün, 18:38. Yazar: vasif |
![]() Fransa Macarıstanın baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə mümkün namizədliyinə qarşı çıxıb. Paris hesab edir ki, bu nüfuzlu beynəlxalq vəzifə siyasi məğlubiyyətin əvəzini çıxmaq vasitəsinə çevrilməməlidir. Fransa hökumətinin sözçüsü Stefan Demilin bildirib ki, BMT-nin baş katibliyi seçkilərdə məğlub olan və xalqının dəstəyini itirən siyasətçi üçün təsəlli mükafatı olmamalıdır. Onun sözlərinə görə, Fransa BMT-nin təsisçi dövlətlərindən biri kimi təşkilatın zəifləməsinə və böyük güclərin siyasi maraqlarının təsiri altında fəaliyyət qabiliyyətini itirməsinə qarşıdır. Paris beynəlxalq hüquqa və ümumi qaydalara əsaslanan dünya nizamının qorunmasını vacib hesab edir. Fransa rəsmisi vurğulayıb ki, xalqların azadlığı və ədalətli münasibətlər yalnız bu prinsiplər əsasında təmin oluna bilər. Sözçü BMT-də ciddi islahatlara ehtiyac olduğunu da diqqətə çatdırıb. Xüsusilə mülki əhalinin müdafiəsinin vacib olduğu hallarda Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması təklif edilib. Fransa yeni BMT baş katibinin təşkilata beynəlxalq etimadı gücləndirən və onun fəaliyyətini daha səmərəli edən islahatlar həyata keçirməsini istəyir. Açıqlama Orbanın mümkün namizədliyi ətrafında siyasi müzakirələr fonunda səslənib. Onun bu vəzifəyə təyin olunması barədə qərar qəbul edildiyi bildirilməyib. Geri dön |