Ana Sayfa > Ölkə > Yağışlı Bakının tıxaclı yolları -

Yağışlı Bakının tıxaclı yolları -


Bu gün, 08:55. Yazar: Subhan
Yağışlı Bakının tıxaclı yolları -

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

aia.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir.

Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.

aia.az
Geri dön