Ana Sayfa > Özəl > ABŞ-ın İrana qarşı mümkün hücum planı üzə çıxdı – Əsas hədəflər açıqlandı
ABŞ-ın İrana qarşı mümkün hücum planı üzə çıxdı – Əsas hədəflər açıqlandıBu gün, 22:00. Yazar: vasif |
![]() ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən başlaması ehtimalı fonunda Vaşinqtonun mümkün əməliyyatlarının hədəfləri barədə məlumat yayılıb. “Axios” portalının mənbələrinə görə, hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ İranın rəhbərliyi, nüvə obyektləri, enerji sektoru və mühüm infrastrukturuna qarşı genişmiqyaslı hava zərbələri endirə bilər. Məlumatda bildirilir ki, belə bir əməliyyat çərçivəsində bir həftə ərzində intensiv hava hücumlarının həyata keçirilməsi ehtimalı nəzərdən keçirilir. Bununla yanaşı, Qətərin rəhbərlik etdiyi vasitəçilər Vaşinqton və Tehran arasında diplomatik razılaşma əldə olunmasına çalışırlar. Müzakirə edilən təkliflərdən biri ABŞ sanksiyalarının yumşaldılması müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə İranın nüvə obyektlərində yoxlamalar aparmağa icazə verilməsidir. Vasitəçilərin əsas məqsədi ABŞ-da ara seçkilərdən sonra mümkün hərbi qarşıdurmanın yenidən başlamasının qarşısını almaqdır. Hələlik ABŞ-ın yeni hərbi əməliyyata başlamaq barədə yekun qərar qəbul etdiyi təsdiqlənməyib. Açıqlanan hədəflər və hücum ssenarisi mənbələrin mümkün inkişaf variantları barədə məlumatlarına əsaslanır. Geri dön |