Ana Sayfa > Özəl > Pentaqondan İlon Maskla bağlı gözlənilməz qərar – Senatorlar etiraz etdi

Pentaqondan İlon Maskla bağlı gözlənilməz qərar – Senatorlar etiraz etdi


Bu gün, 21:00. Yazar: vasif
Pentaqondan İlon Maskla bağlı gözlənilməz qərar – Senatorlar etiraz etdi




ABŞ Müdafiə Nazirliyinin Baş Müfəttiş Ofisi Ukraynada “Starlink” və “Starshield” peyk rabitəsi xidmətlərində yaranan fasilələrlə bağlı müstəqil araşdırmaya başlamaqdan imtina edib.

“Associated Press” agentliyinin məlumatına görə, Pentaqonun baş müfəttişi senatorların müraciətinə cavab olaraq məsələnin ABŞ Hərbi Hava Qüvvələrinin səlahiyyətinə aid olduğunu bildirib.

Bundan əvvəl dörd respublikaçı və beş demokrat olmaqla, ümumilikdə doqquz senator peyk rabitəsinin məhdudlaşdırılması barədə qərarın kim tərəfindən verildiyinin araşdırılmasını tələb etmişdi.

Qanunvericilər rabitə fasilələrinin Ukraynada hərbi əməliyyatlara, kəşfiyyat məlumatlarının ötürülməsinə və mümkün təhlükələr barədə xəbərdarlıq sistemlərinə təsirini də müəyyənləşdirmək istəyirdilər.

Senatorlar Pentaqonun cavabını İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti ilə bağlı müstəqil araşdırmadan imtina kimi qiymətləndiriblər.

Demokrat senator Cin Şahin qərarı tənqid edərək Ukraynanın mülki əhalisinin müdafiəsində istifadə olunan peyk rabitəsindəki fasilələrin araşdırılmamasını narahatedici adlandırıb. O, Tramp administrasiyası ilə “SpaceX” tərəfindən verilən izahlar arasında ziddiyyətlər olduğunu bildirib.

Pentaqonun Baş Müfəttiş Ofisinin sözçüsü Molli Halpern isə müraciətin diqqətlə nəzərdən keçirildiyini və yeni məlumatlar ortaya çıxacağı təqdirdə qərara yenidən baxıla biləcəyini açıqlayıb.

Beləliklə, rabitə məhdudiyyətlərinin səbəbləri və məsul şəxslərlə bağlı suallar hələlik açıq qalır.
Geri dön