Ana Sayfa > Ölkə > Noyabrın 1-dən bu avtobuslar dəyişir -
Noyabrın 1-dən bu avtobuslar dəyişir -Bu gün, 11:29. Yazar: Subhan |
![]() Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə aia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd "İsuzu Citibus" markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd "İsuzu HC45" markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək. Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib. aia.az Geri dön |