Ana Sayfa > Özəl > Pomidor və zeytunda xərçəngə qarşı ümidverici maddələr aşkarlandı –
Pomidor və zeytunda xərçəngə qarşı ümidverici maddələr aşkarlandı –Bu gün, 20:00. Yazar: vasif |
![]() Türkiyəli alimlər pomidor və zeytunun tərkibində xərçəng hüceyrələrinin inkişafına təsir göstərə bilən bioloji aktiv birləşmələrlə bağlı diqqətçəkən nəticələr əldə ediblər. Yaxın Şərq Texniki Universitetinin tədqiqatçılarının hazırladığı elmi icmal “Food & Function” jurnalında dərc olunub. Araşdırmada bu məhsulların tərkibindəki zülalların və peptidlərin mümkün xərçəngəleyhinə xüsusiyyətləri nəzərdən keçirilib. Alimlərin diqqətini xüsusilə pomidorda olan bəzi kiçik zülallar cəlb edib. Laboratoriya tədqiqatlarına əsasən, həmin birləşmələr şişlərin böyüməsi üçün vacib olan yeni qan damarlarının yaranmasını ləngidə bilər. Zeytunda aşkar edilən LLPSY adlı peptidin isə laboratoriya şəraitində insan xərçəng hüceyrələrinin çoxalmasını zəiflədə bildiyi bildirilib. Oxşar xüsusiyyətlər zeytun toxumundan əldə olunan bəzi zülal birləşmələrində də müşahidə edilib. Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr gələcəkdə yeni müalicə istiqamətlərinin araşdırılması üçün əhəmiyyətli ola bilər. Lakin alimlər vacib xəbərdarlıq ediblər: pomidor və zeytun yeməyin xərçəngi müalicə etdiyi və ya xəstəliyin qarşısını aldığı sübut olunmayıb. Mütəxəssislərin sözlərinə görə, həmin maddələrin insan orqanizmində həzm olunması, qana sorulması və şiş toxumalarına təsiri əlavə tədqiqatlarla müəyyənləşdirilməlidir. Geri dön |