Ana Sayfa > Gündəm / Karusel > Aprel döyüşlərinə görə 450 erməni hərbçi işdən çıxarılıb

Aprel döyüşlərinə görə 450 erməni hərbçi işdən çıxarılıb


21-04-2017, 11:49. Yazar: admin
Aprel döyüşlərinə görə 450 erməni hərbçi işdən çıxarılıb



Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan vəzifədə olduğu son bir ay yarım müddətində - 2016 -cı ilin avqust-sentyabr aylarında 450-dən çox hərbi qulluqçunu işdən çıxarıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kütləvi işdən çıxarılmalar aprel döyüşləri ilə əlaqədardır.

Aprel döyüşlərində Ermənistanın Müdafiə Nazirliyinin və əməkdaşlarının fəaliyyətsizliyi, cəbhədə baş verən məğlubiyyətlər, uğursuzluqlar 450 nəfərin işini itirməsinə səbəb olub.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan faktı inkar etməyib.

AİA.az
Geri dön