Ana Sayfa > Siyasət > YAP Mingəçevir şəhər təşkilatında veteran partiya üzvləri ilə görüş keçirilib.

YAP Mingəçevir şəhər təşkilatında veteran partiya üzvləri ilə görüş keçirilib.


Bu gün, 09:41. Yazar: azer
YAP Mingəçevir şəhər təşkilatında veteran partiya üzvləri ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.
Bu çərçivədə YAP Mingəçevir şəhər təşkilatının akt zalında 9 saylı ərazi partiya təşkilatının veteran partiya üzvləri ilə görüş keçirilib. Görüşü təşkilatın sədri Bəxtiyar Mustafayev aparıb.

Görüşdə qurultayda qarşıya qoyulan vəzifələr, partiyanın gələcək fəaliyyət istiqamətləri və təşkilati işin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Çıxış edən Mustafa Muradov, Rizvan Mikayıllı, Ağagül Əliyev, Sədaqət Həsənova və Adil Kərimov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda veteran partiya üzvlərinin təcrübəsindən yararlanmağın, partiyadaxili həmrəyliyin gücləndirilməsinin və qurultaydan irəli gələn tapşırıqların həyata keçirilməsində fəal iştirakın vacibliyi vurğulanıb.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.
Geri dön