Ana Sayfa > Ölkə > Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var


Bu gün, 23:04. Yazar: vasif
Ucarda maşınlar toqquşdu - Xəsarət alan var


Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“aia.az” xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində olub.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön