Ana Sayfa > Dünya > İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
İspaniyadakı qatar qəzasının səbəbi bəlli olduBu gün, 22:33. Yazar: vasif |
![]() İspaniyada 64 nəfərin ölümü ilə nəticələnən dəhşətli dəmir yolu qəzası kompüter sistemindəki nasazlıq və dispetçer səhvi səbəbindən baş verib. “aia.az” xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente “RTVE” telekanalına açıqlamasında bildirib. Nazirin sözlərinə görə, texniki xəta səbəbindən yüksəksürətli qatarların idarəolunmasına cavabdeh olan LZB təhlükəsizlik sistemi sıradan çıxıb: “Hadisə anında sözügedən ərazidə xətt üzərində dayanan altı qatar olub. Faciə dispetçer mərkəzinin “Renfe” şirkətinə məxsus qatara hərəkət icazəsi verməsindən sonra baş verib və nəticədə həmin qatar “Iryo” şirkətinin dayanan qatarına çırpılıb”. Oskar Puente qəzaya “Renfe” maşinistinə verilən yanlış dispetçer qərarının səbəb olduğunu təsdiqləyib. Lakin nazir digər qatarların dayandığı bir vaxtda həmin heyətə niyə hərəkət icazəsi verilməsinə aydınlıq gətirə bilməyib və sistemdəki nasazlığın dəqiq səbəbini açıqlamayıb. Xatırladaq ki, oktyabrın 28-i səhər saatlarında Toledo əyalətində Madriddən Sevilyaya gedən “Renfe” şirkətinə məxsus AVE sürət qatarı yolda dayanmış “Iryo” özəl daşıyıcısının qatarına çırpılıb. Qəza nəticəsində bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb, 64 nəfər həlak olub, 179-dan çox insan yaralanıb. Geri dön |