Ana Sayfa > Özəl > Moskvadan Ermənistana sərt xəbərdarlıq – Qubernatorun cəzalandırılması tələb olunur
Moskvadan Ermənistana sərt xəbərdarlıq – Qubernatorun cəzalandırılması tələb olunurBu gün, 21:29. Yazar: vasif |
![]() Ermənistanın Şirak vilayətinin qubernatoru David Aruşanyanın ruslarla bağlı işlətdiyi ifadələr Moskva ilə İrəvan arasında yeni diplomatik narazılığa səbəb olub. Qubernator Gümrü şəhərində keçirilən tədbirləri tənqid edərkən rusları “İvanlar” adlandırıb. Rusiyanın Ermənistandakı səfirliyi bu ifadələri yolverilməz hesab edərək onların millətlərarası münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirib. Rusiya senatoru Vladimir Cabbarov da Aruşanyanın açıqlamasına sərt reaksiya verib. O, qubernatorun sözlərini təhqiramiz adlandıraraq Rusiya Xarici İşlər Nazirliyini tədbir görməyə çağırıb. Senator Aruşanyanın Rusiyaya girişinə qadağa qoyulmasını və onun məsuliyyətə cəlb edilməsi məsələsinin nəzərdən keçirilməsini istəyib. Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov isə hadisəni Nikol Paşinyan hökumətinin Rusiyaya münasibətinin göstəricisi kimi qiymətləndirib. Deputat qubernatorun açıqlamasını kəskin tənqid edərək onun dərhal istefa verməsini tələb edib. Rusiyaya yaxın bəzi erməni müxalifət dairələri də baş verənləri Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti ilə əlaqələndiriblər. Hələlik Ermənistan hökuməti məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb. Hadisə iki ölkə arasında onsuz da həssas olan siyasi münasibətlər fonunda yeni mübahisəyə çevrilib. Geri dön |