Ana Sayfa > Özəl > “Müharibə bölgələrində qadınların yükü ikiqat artır” – Beynəlxalq forumda mühüm çağırış
“Müharibə bölgələrində qadınların yükü ikiqat artır” – Beynəlxalq forumda mühüm çağırışBu gün, 21:11. Yazar: vasif |
![]() Müharibə və silahlı münaqişələr qadınların və uşaqların həyatına ağır təsir göstərir. Xüsusilə Ukraynada qadınlar həm ailələrinin qayğısına qalır, həm də cəmiyyətin müxtəlif sahələrində əlavə məsuliyyət daşımalı olurlar. Bu barədə “Scherezade Foundation” təşkilatının prezidenti və təsisçisi Wahaa Harris VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən qadınların imkanlarının genişləndirilməsinə həsr olunmuş sessiyada danışıb. Fond rəhbəri bildirib ki, təşkilatı Ukraynaya dərman, ərzaq və digər zəruri ləvazimatların çatdırılması üçün ümumilikdə 16 milyon dollar həcmində humanitar yardım göstərib. Wahaa Harris iki il ərzində mütəmadi olaraq Ukraynaya səfər etdiyini və müharibənin qadınların həyatında yaratdığı çətinlikləri yaxından müşahidə etdiyini vurğulayıb. “Ukraynada qadınların avtobus və tramvay sürücüsü kimi çalışdıqlarını gördüm. Onlar həm öz işlərini görür, həm də kişilərin yoxluğu səbəbindən boş qalan vəzifələri yerinə yetirirlər. Münaqişə bölgələrində qadınların üzərinə düşən yük ikiqat artır”, – deyə o bildirib. Fond rəhbəri müharibənin uşaqların psixoloji vəziyyətinə də ciddi təsir etdiyini, hava hücumu həyəcanları və sığınacaqlarda yaşamağın onların gündəlik həyatını çətinləşdirdiyini qeyd edib. Wahaa Harris beynəlxalq ictimaiyyəti münaqişə bölgələrində yaşayan qadınların səslərinin daha geniş eşidilməsinə şərait yaratmağa çağırıb. O, həmin qadınların beynəlxalq tədbirlərə onlayn qoşularaq problemlərini və ehtiyaclarını birbaşa ifadə etmələrinin vacibliyini vurğulayıb. Geri dön |