Ana Sayfa > Özəl > Rusiyadan ABŞ-a gözlənilməz yanacaq tədarükü – Sanksiyalı tankerlər yola çıxdı

Rusiyadan ABŞ-a gözlənilməz yanacaq tədarükü – Sanksiyalı tankerlər yola çıxdı


Bu gün, 20:32. Yazar: vasif
Rusiyadan ABŞ-a gözlənilməz yanacaq tədarükü – Sanksiyalı tankerlər yola çıxdı


Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan üç tankerin yola düşməsi beynəlxalq diqqət mərkəzinə çevrilib. Gəmilərdən ikisinin Qərb ölkələrinin sanksiya siyahısında olduğu bildirilir.

“Financial Times” nəşrinin məlumatına görə, ümumilikdə təxminən 140 min ton Rusiya dizel yanacağı daşıyan tankerlərin noyabrın əvvəlində ABŞ limanlarına çatması gözlənilir.

“Talisman” tankeri ABŞ, Böyük Britaniya və Avropa İttifaqının, “Leruo” isə Böyük Britaniya, Avropa İttifaqı və Kanadanın sanksiyalarına məruz qalıb.

Üçüncü gəmi olan “Agioi Fanendes”in təxminən 40 min ton dizel yanacağı ilə noyabrın 7-də Nyu-York limanına çatacağı proqnozlaşdırılır.

Bu tədarük baş tutarsa, 2023-cü ilin iyulundan bəri ABŞ-a Rusiya dizel yanacağının ilk qeydə alınmış çatdırılması ola bilər.

Məsələ ABŞ-də siyasi müzakirələrə də səbəb olub. Demokratlar banklardan və liman qurumlarından mümkün əməliyyatlarla bağlı sənədlərin qorunmasını tələb ediblər.

Konqresdə siyasi qüvvələr nisbətinin dəyişəcəyi təqdirdə, Rusiya yanacağının idxalı və mümkün Tramp-Putin razılaşmaları ilə bağlı araşdırmaların gündəmə gətirilə biləcəyi bildirilir.

Hələlik tankerlərin ABŞ limanlarına daxil olub-olmayacağı və yüklərin hansı hüquqi əsaslarla qəbul ediləcəyi barədə yekun məlumat yoxdur.
Geri dön