Ana Sayfa > Özəl > ABŞ-dən İrana qarşı hərbi hazırlıq – “Patriot”lar Yaxın Şərqə göndərilir
ABŞ-dən İrana qarşı hərbi hazırlıq – “Patriot”lar Yaxın Şərqə göndərilirBu gün, 20:22. Yazar: vasif |
![]() ABŞ Yaxın Şərqdə mümkün hərbi gərginliyə qarşı hazırlıqlarını gücləndirir. Pentaqonun Texas ştatından regiona əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərdiyi bildirilir. “The Wall Street Journal” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Amerika ordusu İranla mümkün qarşıdurma ehtimalını nəzərə alaraq bölgədəki hərbi qüvvələrinin hazırlıq səviyyəsini artırır. Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində bəzi həssas hərbi bazalardan şəxsi heyət geri çəkilir, eyni zamanda sursat ehtiyatları artırılır. ABŞ-nin bombardmançı və qırıcı təyyarələrinin də mümkün hərbi əməliyyatlara hazırlıq vəziyyətində saxlanıldığı bildirilir. Noyabr ayında Yaxın Şərqə əlavə aviadaşıyıcı zərbə qrupunun və dəniz piyadalarını daşıyan hərbi gəmilərin göndərilməsi planlaşdırılır. Bu qüvvələr regionda yerləşən təxminən 20 Amerika hərbi gəmisinə qoşulacaq. Pentaqonun bu addımları İranla mümkün hərbi qarşıdurmaya hazırlıq kimi qiymətləndirilsə də, yeni əməliyyatın başlanması barədə rəsmi qərar açıqlanmayıb. Geri dön |