Ana Sayfa > Özəl > Paşinyanın seçki qələbəsi yeni planı gündəmə gətirdi – Azərbaycanla sülhə nə olacaq?

Paşinyanın seçki qələbəsi yeni planı gündəmə gətirdi – Azərbaycanla sülhə nə olacaq?


Bu gün, 19:17. Yazar: vasif
Paşinyanın seçki qələbəsi yeni planı gündəmə gətirdi – Azərbaycanla sülhə nə olacaq?



Ermənistanın baş naziri Nikol Paşinyan yerli seçkilərin nəticələrindən sonra müxalifətə qarşı sərt açıqlamalar verib. O, əsas rəqiblərinin məğlub olduğunu bildirərək ölkədə yeni siyasi müxalifətin formalaşmasının vacibliyini vurğulayıb.

Paşinyanın bu mövqeyi Ermənistanda növbədənkənar parlament seçkiləri və konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, yerli seçkilərin nəticələri baş nazirin daxili siyasətdə manevr imkanlarını genişləndirə bilər. Lakin bu, onun növbədənkənar parlament seçkilərində mütləq qələbə qazanacağı anlamına gəlmir.

Ekspert hesab edir ki, Paşinyan həm hakimiyyətini möhkəmləndirməyə, həm də konstitusiya dəyişiklikləri üçün əlverişli siyasi şərait yaratmağa çalışır.

Azərbaycan üçün əsas məsələ Ermənistanın konstitusiyasında ərazi iddiaları ilə bağlı narahatlıq doğuran müddəələrin aradan qaldırılması və yekun sülh sazişinin imzalanmasıdır.

Digər tərəfdən, Ermənistanın Rusiya ilə münasibətləri və Avropa İttifaqına yaxınlaşmaq siyasəti Paşinyan hökumətinin qarşısında əlavə çətinliklər yaradır.

Xəyal Bəşirovun sözlərinə görə, yerli seçkilərdə müxalifətin zəif nəticə göstərməsi hakimiyyət üçün bütün maneələrin aradan qalxması demək deyil.

Ekspert vurğulayıb ki, Paşinyanın siyasi uğurunun əsas göstəricisi seçki nəticələri deyil, Azərbaycanla sülh prosesində atılacaq real addımlar olacaq.
Geri dön