Ana Sayfa > Özəl > ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir – İsraildə yeni hazırlıq
ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir – İsraildə yeni hazırlıqBu gün, 19:00. Yazar: vasif |
![]() ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə İsrailə əlavə “Patriot” zenit-raket kompleksi göndərməyə hazırlaşır. “The Wall Street Journal” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, hava hücumundan müdafiə sistemi ABŞ-nin Texas ştatından İsrailə yerləşdiriləcək. Bununla yanaşı, noyabr ayında regiona ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni aviadaşıyıcı zərbə qrupunun göndərilməsi də planlaşdırılır. Yeni hərbi birləşmə hazırda Yaxın Şərq sularında patrul xidməti aparan təxminən 20 Amerika hərbi gəmisinə qoşulacaq. Məlumata əsasən, Pentaqonun bu addımları İran və onun regional müttəfiqlərindən qaynaqlanan mümkün təhlükələrə qarşı müdafiə imkanlarını artırmaq məqsədi daşıyır. ABŞ-nin əlavə hərbi qüvvələr yerləşdirməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bir dövrə təsadüf edir. Geri dön |