Ana Sayfa > Özəl > Ukraynadan kosmosda mühüm addım – “Starlink”dən asılılıq azalacaq?

Ukraynadan kosmosda mühüm addım – “Starlink”dən asılılıq azalacaq?


Bu gün, 18:39. Yazar: vasif
Ukraynadan kosmosda mühüm addım – “Starlink”dən asılılıq azalacaq?



Ukraynanın “Himera” şirkəti ölkənin müstəqil peyk rabitə sisteminin yaradılması istiqamətində ilk addımını atıb. Şirkətin “Obria Nano” adlı sınaq peyki orbitə çıxarılaraq fəaliyyətə başlayıb.

Peyk oktyabrın 1-də “SpaceX”in Transporter-18 missiyası çərçivəsində kosmosa göndərilib. Layihə Danimarkanın “GomSpace” şirkəti ilə əməkdaşlıq əsasında həyata keçirilib.

“Himera” şirkətinin açıqlamasına görə, əsas məqsəd Ukraynanın rabitə imkanlarını genişləndirmək və xarici peyk infrastrukturlarından strateji asılılığını azaltmaqdır.

Yeni layihə gələcəkdə Ukraynanın “Starlink” kimi xarici rabitə sistemlərinə alternativ imkanlar yaratmasına kömək edə bilər. Lakin tək bir sınaq peyki hələlik genişmiqyaslı müstəqil rabitə şəbəkəsini əvəz etmək gücündə deyil.

Şirkət növbəti mərhələlərdə peyklərin və yerüstü rabitə terminallarının istehsalını Ukraynada təşkil etməyi planlaşdırır.

Layihənin uğurla inkişaf etdirilməsi ölkənin texnoloji müstəqilliyinin və rabitə təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Geri dön