Ana Sayfa > Ölkə > Akif Beybutov vəfat etdi
Akif Beybutov vəfat etdiBu gün, 09:43. Yazar: Subhan |
![]() Dağıstan Vəkillər Palatasının prezidenti, Rusiya Federal Vəkillər Palatasının (FPA) vitse-prezidenti Akif Beybutov vəfat edib. aia.az lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Vəkillər Palatasının Telegram kanalında məlumat verilib. Akif Beybutov 60 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. 2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti, 2014-cü ilin noyabrında isə prezidenti seçilib. 2022-ci ildən Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində çalışıb. aia.az Geri dön |