Ana Sayfa > Cəmiyyət > Paytaxtda 3 otaqlı ev yanıb

Paytaxtda 3 otaqlı ev yanıb


21-04-2017, 09:23. Yazar: admin
Paytaxtda 3 otaqlı ev yanıb



Paytaxtda 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AİA.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.
Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AİA.az
Geri dön