Ana Sayfa > Ölkə > Bu ərazilərdə işıq olmayacaq
Bu ərazilərdə işıq olmayacaqDünən, 22:45. Yazar: vasif |
![]() Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM), eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. “aia.az” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki,həmçinin Qaradağ RETSİ ərazisində yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq. Yasamalda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov, Şamil Əzizbəyov küçələri, Azərbaycan prospekti, həmçinin Yeni Yasamal 1 və 2 yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Nəsimi rayonu Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq. Təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 14:00-dək Sabunçu rayonu Ramanı qəsəbəsində yerləşən Şuşa şəhərciyini də əhatə edəcək. Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci və 2-ci massivdə saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb. Geri dön |