Ana Sayfa > Özəl > Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilibBu gün, 17:54. Yazar: azer |
![]() Oktyabrın 27-də Qaradağ rayonunun Ələt qəsəbəsində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə keçirilən müşavirədə partiyanın rayon təşkilatının sədri İlqar İlyasov qəsəbədə yerləşən müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, partiya fəalları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. aia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Müşavirəni açan YAP Qaradağ rayon təşkilatının sədri, VIII Qurultayın nümayəndəsi İlqar İlyasov Prezident İlham Əliyevin qurultaydakı nitqinin yalnız ölkəmizin müstəqilliyin bərpasından sonra əldə etdiyi uğurların deyil, həmçinin Azərbaycanın gələcək inkişafı, qarşıda duran vəzifələri də əhatə etməsi baxımından əhəmiyyətli olduğunu bildirib. YAP rayon təşkilatının sədri qeyd edib ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, elmi nailiyyətləri və insan kapitalının inkişafı ilə müəyyən olunur. İlqar İlyasov vurğulayıb ki, təhsil müəssisələri gənclərin peşəkar mütəxəssis kimi hazırlanması ilə yanaşı, onların milli dövlətçilik düşüncəsinin, vətənpərvərlik hisslərinin və müstəqil dünyagörüşünün formalaşmasında da mühüm rol oynamalıdır. YAP rayon təşkilatının sədri diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi gücünün və müstəqil dövlətçilik siyasətinin mühüm göstəricisidir. İlqar İlyasov bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da sosial-iqtisadi inkişafın təmin edilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonun sənaye potensialının inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, məşğulluq imkanlarının genişləndirilməsi dövlətimizin həyata keçirdiyi regional inkişaf siyasətinin tərkib hissəsidir. YAP rayon təşkilatının sədri çıxışında Prezident İlham Əliyevin qurultayda xüsusi diqqət yetirdiyi ideoloji təhlükəsizlik məsələlərinə də geniş yer ayırıb. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və müxtəlif ideoloji təsir vasitələri milli təhlükəsizlik sahəsində yeni çağırışlar yaradır. Dövlət başçısının “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir” fikrini xatırladan İlqar İlyasov milli-mənəvi dəyərlərin, ictimai həmrəyliyin və gənc nəslin sağlam dünyagörüşünün qorunmasında ictimai institutların birgə fəaliyyətinin vacibliyini vurğulayıb. YAP rayon təşkilatının sədri əmin olduğunu bildirib ki, Qaradağ rayonunun bütün əhalisi kimi, Ələt qəsəbəsinin sakinləri də partiyanın VIII qurultayında qaldırılan məsələlərin icrası üçün əzmlə çalışacaqlar. Tədbirdə çıxış edən 302 №-li tam orta məktəbin tarix müəllimi Arzu Babayeva bildirib ki, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilən VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Arzu Babayeva qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın davamlılığı, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Müşavirədə çıxış edən Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun siyasi və iqtisadi baxımdan güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi potensialının güclənməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi bu inkişaf modelinin mühüm nəticələridir. Geri dön |