Ana Sayfa > Siyasət / Karusel > Əhmədinejad yenidən prezident ola bilməyəcək

Əhmədinejad yenidən prezident ola bilməyəcək


21-04-2017, 09:17. Yazar: admin
Əhmədinejad yenidən prezident ola bilməyəcək



Aprelin 20-də İranın Konstitusiyaya Nəzarət Şurası mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin siyahısını müəyyənləşdirib.
İranın Daxili İşlər Nazirliyində yaradılmış Mərkəzi Seçki Qərargahında qeydə alınan 1600-dən çox namizəddən siyahıda yalnız 6 nəfərin adı saxlanılıb.

Hazırki prezident Həsən Ruhaninin, İshaq Cahangirinin, Məhəmməd Bağır Qalibafın, Haşemi Təbanın, İbrahim Rəisinin, Miri Səliminin namizədlikləri təsdiqlənib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad seçkilərində iştiraka buraxılmayıb.


AİA.az
Geri dön