Ana Sayfa > Özəl > Azərbaycanda qida məhsulları ciddi yoxlanılacaq – 2027-ci ildən başlayır

Azərbaycanda qida məhsulları ciddi yoxlanılacaq – 2027-ci ildən başlayır


Bu gün, 21:00. Yazar: vasif
Azərbaycanda qida məhsulları ciddi yoxlanılacaq – 2027-ci ildən başlayır




Azərbaycanda 2027-ci ildən etibarən qida məhsullarının təhlükəsizliyinə nəzarət çərçivəsində yeni laborator yoxlamalara başlanılacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, 2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi məqsədilə laborator müayinələrdən keçiriləcək.

Yoxlamalar zamanı məhsulların tərkibində aşkarlanan allergenlərlə qablaşdırmanın üzərində göstərilən məlumatların uyğunluğu da araşdırılacaq.

Tədbirlər Prezidentin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş, 2027–2032-ci illəri əhatə edən qida təhlükəsizliyi üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.

Monitorinqlərin nəticələri təhlil ediləcək, aşkar olunan problemlərlə bağlı təkliflər hazırlanacaq. Eyni zamanda, istehlakçıların allergenlər barədə məlumatlandırılması üçün maarifləndirmə tədbirləri təşkil olunacaq.

Qeyd edək ki, bəzi qida maddələri həssas insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Buna görə də məhsulların etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Geri dön