Ana Sayfa > Özəl > Avropada qaz bahalaşır – Azərbaycan nə qədər qazana bilər?
Avropada qaz bahalaşır – Azərbaycan nə qədər qazana bilər?Bu gün, 20:43. Yazar: vasif |
![]() Avropa bazarında təbii qazın qiymətinin yüksəlməsi Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərin artmasına şərait yarada bilər. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropa Azərbaycanın əsas qaz ixracı istiqamətlərindən biri olduğundan qiymət artımı ölkəyə əlavə valyuta gəlirləri qazandıra bilər. Ekspertin sözlərinə görə, gəlirlərin nə qədər artacağı mövcud müqavilələrin şərtlərindən, satış qiymətlərindən və ixrac həcmindən asılı olacaq. Uzunmüddətli müqavilələrdə qiymət dəyişiklikləri bazardakı bahalaşmaya dərhal uyğunlaşmaya bilər. Akif Nəsirli qeyd edib ki, yüksək qiymətlər qaz ixracının artırılması üçün əlverişli imkan yaratsa da, mövcud hasilat və nəql infrastrukturu bu prosesə müəyyən məhdudiyyətlər qoyur. “İxracın genişləndirilməsi üçün yeni yataqların işlənməsi, hasilatın artırılması və nəql marşrutlarının inkişaf etdirilməsi vacibdir”, – deyə iqtisadçı vurğulayıb. Ekspertin fikrincə, Avropada qazın bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müsbət imkan olsa da, bu vəziyyətdən uzunmüddətli fayda əldə etmək əlavə investisiyalardan və enerji infrastrukturunun genişləndirilməsindən asılıdır. Geri dön |