Ana Sayfa > Özəl > Avropada etiraz dalğası böyüyür – Maşınlar yandırılır, yüzlərlə insan saxlanılır
Avropada etiraz dalğası böyüyür – Maşınlar yandırılır, yüzlərlə insan saxlanılırBu gün, 20:00. Yazar: vasif |
![]() Avropanın bir sıra ölkələrində bahalaşma, mənzil böhranı və hökumətlərin iqtisadi siyasətinə qarşı kütləvi etirazlar davam edir. Fransa, İtaliya, Albaniya, Belçika, İspaniya və Portuqaliyada minlərlə insan küçələrə çıxıb. Fransada oktyabrın 24-də keçirilən nümayişlərdə rəsmi məlumatlara görə, 410 min nəfər iştirak edib. “Reuters”in yaydığı məlumata əsasən, aksiyalar zamanı 1435 nəfər saxlanılıb. Etirazçıların noyabrın 5-də yenidən küçələrə çıxması gözlənilir. İtaliyada da vəziyyət gərginləşib. Milanda əvvəlki qarşıdurmalar zamanı avtomobillər və zibil konteynerləri yandırılıb. Oktyabrın 24-də ölkənin səkkiz şəhərində keçirilən aksiyalarda 371 nəfər qısa müddətə saxlanılıb, 9 nəfər isə həbs edilib. Albaniyanın paytaxtı Tiranada polis bəzi nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib. Belçikada isə tələbələr və təhsil işçiləri dövlət xərclərinin azaldılmasına etiraz edirlər. İspaniya və Portuqaliyada əsas narazılıq mənzil qiymətləri, kirayə haqları və pensiyalarla bağlıdır. Madrid və Lissabonda minlərlə insan sosial-iqtisadi tələblərlə nümayişlərə qatılıb. Noyabr ayında Fransada ayın 5-də, İspaniyada 11-də, İtaliyada 20-də və Portuqaliyada 24-də yeni etiraz və tətil aksiyalarının keçirilməsi ilə bağlı çağırışlar edilib. Avropadakı etirazların əsas səbəbləri fərqli olsa da, yaşayış xərclərinin artması və sosial təminat məsələləri nümayişçilərin ortaq narazılıqları sırasında yer alır. Geri dön |