Ana Sayfa > Özəl > Tramp Obamanı “iyrənc prezident” adlandırdı – Ağ Evə görə qalmaqal

Tramp Obamanı “iyrənc prezident” adlandırdı – Ağ Evə görə qalmaqal


Bu gün, 19:42. Yazar: vasif
Tramp Obamanı “iyrənc prezident” adlandırdı – Ağ Evə görə qalmaqal



ABŞ Prezidenti Donald Tramp Ağ Evdə aparılan təmir işlərini ələ salan sabiq prezident Barak Obamaya sərt cavab verib.

Tramp Obamanı “iyrənc prezident” adlandıraraq onun Ağ Evdə həyata keçirilən yeniliklərlə bağlı tənqidlərini qəbul etmədiyini bildirib.

Xatırladaq ki, Obama Demokratlar Partiyasının seçki mitinqində Trampın Ağ Evdəki təmir işlərini istehza ilə şərh edib. O, prezident iqamətgahındakı qızılı bəzəkləri Səddam Hüseynin “Cheesecake Factory” restoranı açmasına bənzədib.

Tramp isə cavabında Ağ Evin ABŞ üçün mühüm rəmz olduğunu vurğulayıb.

“Obama kimi adamlar çirki və çirkinliyi fərq etmirlər. Ağ Ev Amerikanın simvoludur, təmiz olmalıdır. Sütunlar sınmamalı, kərpiclər tökülməməlidir”, – deyə Tramp bildirib.

Beləliklə, Ağ Evdə aparılan yenidənqurma işləri iki siyasətçi arasında növbəti sözlü qarşıdurmaya səbəb olub.
Geri dön